SOCAR-ın Azərbaycandakı tərəfdaşı 70 işçisini çıxarıb? – İDDİA + FOTO


"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri və hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Salyan OİL” Əməliyyat Şirkətinin 70-ə yaxın xidməti müqavilə ilə işləyən işçini işdən çıxardığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə feyzbuk səhifəsində yazıb. M. Qəhrəmanlı işdən çıxarmaların əks olunduğunu iddia etdiyi sənədin fotosunu da paylaşıb. Fotodakı sənəddə qeyd olunur ki, bunun səbəbi hazırkı iqtisadi çətinliklər və neft hasilatının azaldılması ilə bağlıdır. Həmçinin bildirilir ki, xidməti müqavilələr may ayının 1-dən etibarən müəyyən vaxtadək dayandırılır. Qeyd olunur ki, xidmətin davam etdirilməsinə ehtiyac yaranan zaman işçilərə bu barədə məlumat veriləcək.
Fotoda əks olunan sənəd 20 aprel 2020-ci il tarixlidir və orada neçə işçinin işdən çıxarılacağı ilə bağlı heç bir məlumat əks olunmayıb.

Məsələ ilə bağlı məlumat almaq üçün “Salyan OİL” Əməliyyat Şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qeyd edk ki, “Salyan OİL” LTD Əməliyyat Şirkəti Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən "Kürsəngi" və "Qarabağlı" neft yataqlarında işləri həyata keçirmək üçün yaradılıb və SOCAR-ın tərəfdaşlarındandır.

DİGƏR XƏBƏRLƏR

Top