Kanadanın baş naziri Ramazan ayı münasibətilə təbrik mesajı yayımladı - VİDEO


Kanadanın baş naziri Castin Trudeu Ramazan ayı münasibətilə müsəlmanlara təbrik mesajı göndərib.
Yeniavaz.com
xəbər verir ki, təbrik videosu Trudeunun "facebook" səhifəsinə yerləşdirilib. "Assalamu Aleykum" deyə danışmağa başlayan baş nazir Kanadada həmçinin, bütün dünyada yaşayan müsəlmanları Ramazan ayının gəlişi münasibətilə təbrik edib: "Bu il hər kəsin evində qeyd etdiyi mübarək Ramazan ayı münasibətilə təbriklərimi göndərirəm. Biz yenə də virtual olaraq əlaqədə qalıb, İslamın əsasında olan şəfqət, sülh və başqalarına xidmət etmək kimi gözəl dəyərləri insanlara çatdıra biləcəyik. Kanadalı müsəlmanlar ölkəmizi həmişə daha yaxşıya doğru aparıb, gücləndirib". Trudeu daha sonra pandemiya səbəbilə insanları evdə qalmağa çağırıb, məscidlərdə və digər yerlərdə dost və yaxınları ilə iftar etmək arzusunda olan şəxsləri istəklərini onlayn şəkildə həyata keçirməyi məsləhət görüb: "Son olaraq həyat yoldaşım Sofi və öz adımdan hamıya Ramazan ayını xeyirli və hüzur içində keçirməyi arzu edirəm. Ramazan ayının mübarək!

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top