ÜST-dən vəhşi heyvan bazarları ilə bağlı xəbərdarlıq - Bağlanmalıdır!


"Vəhşi heyvan bazarları bağlanmalıdır".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus, yeni növ korona virus (Covid-19) epidemiyası ilə bağlı verdiyi açıqlamda bildirib.
Yeni virusların 70 faizinin heyvanlardan insanlara ötürüldüyünü deyən T. Qebreyesus, virusun daha çox yayılmasının qarşısını almaq üçün bazarlarda vəhşi heyvanların satışının nizamlanmalı olduğunu vurğulayıb:
"Koronavirus Çinin Uhan şəhərindəki vəhşi heyvan bazarında aşkar edildi. Bu bazar dünyada milyonlarla insanın məşğulluğu, eyni zamanda qida mənbəyidir. Lakin, belə bazarlar bağlanmalıdır, yalnız gigiyena standartlarına riayət etdikləri təqdirdə yenidən açıla bilər". 
Qebreyesus, belə bazarların Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə birlikdə təhlükəsiz işləməsi üçün təlimatların hazırlanacağını bildirdi.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top