Nazirdən "koronavirusun dərmanını tapdıq" deyən professora sərt reaksiya


Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusun əlacının “Dornaz Alfa” dərmanı olduğunu deyən professor Ercüment Ovalının fikirlərinə münasibət bildirib.

Yeniavaz.com “Haber Global”a istinadən xəbər verir ki, Nazir professora sərt reaksiya verib: “Sözügedən dərman bir firmanın patentli dərmanıdır. Lisenziya almış dərmandır. Ağciyər problemi olan xəstələrə tətbiq edilən və faydası görülən dərmandır. Covid-19-un müalicəsində onun faydalı olmasına dair laborator və kliniki çalışmaların başladığını da bilirik. Bütün dünyada araşdırma necə aparılır bəllidir. Sosial media üzərindən insanların ümidi ilə oynamaq olmaz. Tibbi araşdırma ilə bağlı bizim 23 martdakı çağırışımıza cavab verə bilərdi. Dərman və peyvənd milli və strateji məsələdir. Sosial media üzərindən edilməz".

Xatırladaq ki, Türkiyəli həkim, Prof.Dr. Ercüment Ovalı “Dornaz Alfa” dərmanının koronavirusun müalicəsində effektiv olduğunu bildirmişdi: "Bu əvvəllər istifadə olunan dərmanıdır. Əsasən kistik fibrozun müalicəsində istifadə olunub. Araşdırmamız göstərdi ki, bu dərman koronavirusun müalicəsində təsirlidir. Vaxt itirmədən sınağa başladıq. İlk xəstə üzərində keçirdiyimiz sınağın nəticələri 48 saat ərzində yayımlanacaq. Bunu bütün dünya görəcək. Bazar ertəsi isə digər 3 xəstənin nəticələri açıqlanacaq. Biz bu dərmanın çox təsirli olduğunu görürük. Ümid edirik ki, bu dərman sürətlə yayılacaq".

DİGƏR XƏBƏRLƏR

Top