Azərbaycanda siyasi partiyaların gəlirlərinin mənbəyi – TAM SİYAHI


Dövlət qeydiyyatından keçən 55 siyası partiyadan yalnız 35-i ötən il üçün nəzərdə tutulan sonuncu maliyyə hesabatını təqdim edib.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki,  maliyyə hesabatı təqdim edən 35 siyasi partiyadan 21-nin heç bir maliyyə göstəricisi olmayıb. Bu partiyalar MSK-ya boş hesabat təqdim ediblər.
Maliyyə hesabatında gəlir və xərclərini göstərən 14 siyasi partiyadan 10-u Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən maliyyə ayrılıb. Milli Məclisdə təmsil olunan Vəhdət Partiyası isə sonuncu maliyyə hesabatını təqdim etməyib.
Maliyyə hesabatında gəlir və xərclərini göstərən 14 siyasi partiyadan yalnız 4-ü - Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası və Aydınlar Partiyası Milli Məclisdə təmsil olunmurlar.
Bundan başqa gəlir və xərclərini göstərən 14 siyasi partiya arasında yalnız 5-nin - Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Böyük Qurtuluş Partiyası üzvlük haqqı topladığı bildirilir.
Ən çox üzvlük haqqını Yeni Azərbaycan Partiyası toplayıb - 9  milyon 309 min 25 manat.
Məlumat üçün bildirək ki, Azərbaycanda dövlət qeydiyyatından keçən ilk siyasi partiya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) hesab olunur. Bu partiya 17 iyul 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Bir həftə sonra - 24 iyul 1992-ci ildə  Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası qeydiyyatdan keçib.
Azərbaycanda qeydiyyatdan keçən və maliyyə hesabatı təqdim etməyə məcbur olan sonuncu siyasi partiya Milli Dirçəliş Hərəkatı Partiyası olub. Bu partiya 31 may 2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, 9 illik fasilədən sonra ötən həftə Azərbaycanda daha iki siyasi partiya – Yeni Zaman Partiyası və Azad Demokrtlar Partiyası dövlət qeydiyyatına alınıb. Beləliklə, hazırda Azərbaycanda dövlət qeydiyyatına alınan siyasi partiyaların sayı 57-yə yüksəlib. Bugünə kimi 2 siyasi partiyanın - Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı isə ləğv olunub.
s/s Siyasi
Partiyalar
Qeydiyyat tarixi Gəlir
(manat)
Xərc
(manat)
Yığılan üzvlük haqqı 
(manat)
1. Azərbaycan Milli İstiqlal Partiyası 17.07.1992 1 650 1 861,48 1 650
2. Azərbaycan Dirçəliş və Təqrəqqi Partiyası 24.07.1992      
3. Azərbaycan Xalq Demokratik Partiyası 11.08.1992 - -  -
4. "Ana Vətən" Partiyası 11.08.1992 137 037,02 138 676,41 -
5. Milli Demokrat İdrak Partiyası 11.08.1992      
6. Azərbaycan Kəndli Partiyası 23.09.1992      
7. Vətəndaş Həmrəyliyi Partiyası 03.11.1992 137 038,02 137 015,98 -
8. Müsavat Partiyası 08.12.1992 7 514 7 162 5 600
9. "Birlik" Partiyası 18.12.1992 - - -
10. Yeni Azərbaycan Partiyası 18.12.1992 10 668 285 8  363 323 9 309 025
11. Vahid Azərbaycan Milli Birlik Partiyası 13.01.1993      
12. Vahid Azərbaycan Partiyası 13.01.1993 - - -
13. Demokratik Azərbaycan Dünyası Partiyası 10.02.1993 - - -
14. Müstəqil Azərbaycan Partiyası 10.02.1993      
15. Milli Qurtuluş Partiyası 03.03.1993      
16. Azərbaycan Yurddaş Partiyası 12.03.1993 - - -
17. Azərbaycan Ümid Partiyası 05.05.1993      
18. "Qorqud" Partiyası 10.11.1993 - - -
19. Azərbaycan Milli Hərəkat Partiyası 02.03.1994      
20. Azərbaycan Kommunist Partiyası 02.03.1994 - - -
21. Azərbaycan Milli Dövlətçilik Partiyası 12.10.1994      
22. Azərbaycan Vətənpərvərlər Partiyası 12.10.1994      
23. Azərbaycan Demokratik Sahibkarlar Partiyası 17.05.1994      
24. Azərbaycan Naminə Alyans Partiyası 22.06.1995 - - -
25. Azərbaycan Demokratik Maarifçilik Partiyası 04.08.1995 118 640,52 118 113,34 122
26. Azərbaycan Sosial Rifah Partiyası 04.08.1995 118 518,52 118 586,17 -
27. Azərbaycan Liberal Partiyası 14.08.1995 - - -
28. Azərbaycan Sosial Demokrat Partiyası 01.09.1995 118 603,7 118 603,37 -
29. Azərbaycan Xalq Cəbhəsi Partiyası 01.09.1995      
30. Azərbaycan Vahid Kommunist Partiyası 19.09.1995      
31. Sosial Ədalət Partiyası 11.12.1998      
32. Milli Konqres Partiyası 11.12.1998      
33. Vəhdət Partiyası 11.12.1998      
34. Azərbaycan Respublikaçılar Partiyası 09.07.1999 - - -
35. Azərbaycan Xalq Partiyası 09.07.1999 - - -
36. Azərbaycan Liberal Demokrat Partiyası 09.07.1999 - - -
37. Azərbaycan Demokrat Partiyası 03.02.2000      
38. "Azərbaycan Mübarizləri" Partiyası 27.05.2000 - - -
39. "Ədalət" Partiyası 08.05.2002      
40. "Milli Vəhdət" Partiyası 08.05.2002 - - -
41. Müasir Müsavat Partiyası 08.05.2002 - - -
42. Azərbaycan Azad Respublikaçılar Partiyası 08.05.2002      
43. Böyük Qurtuluş Partiyası 12.08.2005 119 021,14 118 946,92 503
44. Azadlıq Partiyası 12.08.2005      
45. Azərbaycan Demokratik İslahatlar Partiyası 12.08.2005 118 518,52 117 877,03 -
46. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 12.08.2005 118 518,52 118 519,02 -
47. Azərbaycan Tərəqqi Partiyası 12.08.2005 - - -
48. Böyük Azərbaycan Partiyası 12.08.2005 - - -
49. Azərbaycan Təkamül Partiyası 12.08.2005 - - -
50. Vətəndaş Birliyi Partiyası 12.08.2005 - - -
51. Klassik Xalq Cəbhəsi Partiyası 31.01.2007 - - -
52. Vətəndaş və İnkişaf Partiyası 10.08.2007 200 200 -
53. Azərbaycan Milli Demokrat Partiyası 24.12.2008 - - -
54. Aydınlar Partiyası 19.11.2009 - 488,64 -
55. Milli Dirçəliş Hərəkatı Partiyası 31.05.2011 118 518,52 114 091,71 -
 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top