
"ABŞ yeni növ koronavirus infeksiyasına yoluxmanın pik nöqtəsini geridə qoyub və və Ağ Ev məhdudiyyətləri aradan qaldırmaq üçün plan hazırlayır".
Yeniavaz.com xəbər verir ki, bu barədə prezident Donald Tramp bəyanat yayıb.
"Nyu-yorkda virusa yoluxma halları azalmağa doğru gedir. Eyni ilə digər bölgələrdə də. Koronavirsla mübarizəmiz davam edir, son rəqəmlər pik nöqtəni keçdiyimizi göstərir. Lakin biz bütün hallarda ayıq olmalıyıq. Strategiyamızın çox yaxşı işlədiyi aydındır”- deyə, ölkə başçısı bildirib.
Qeyd edək ki, Amerikada 641 919 nəfər koronavirusa yoluxub, 28 399 nəfər isə həyatını itirib.