İraq hökuməti ölkədə "Reuters"in fəaliyyətini dayandırdı - COVID-19-a görə


İraq hökuməti koronavirus xəbərlərinə görə, ölkədə "Reuters" xəbər agentliyinin fəaliyyətini dayandırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, "Reuters" agentliyi İraqda minlərlə insanın koronavirusa yoluxduğunu və bunun ictimaiyyətən gizli saxlanılması ilə bağlı xəbər hazırlayıb. Belə ki, agentlik koronavirusa yoluxan insanların sayının rəsmi rəqəmlərdən çox olduğunu yayımlayıb. Bundan sonra, agentliyin fəaliyyəti bu ölkədə 3 ay müddətində dayandırılıb.
Qeyd edək ki, İraq Media və Rabitə qurumu, sözügedən xəbərə görə "Reuters" agentliyinin İraq xalqından üzr istəməli olduğunu bildirib. Həmçinin, agentliyə 25 milyon dinar (təxminən 35,700 AZN) pul cəzası müəyyən olunub.

Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top