Tramp: "Mənim atdığım hər addım doğrudur"


ABŞ Prezidenti Donald Tramp, yeni növ koronavirus epidemiyasında gec hərəkətə keçməsi ilə bağlı iddialara cavab verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə D.Tramp Ağ Evdə təşkil etdiyi mətbuat konfransında deyib. 
"Virusun mərkəz nöqtələri Nyu-York, Nyu-Cersi, Luisina və Miçiqan ştatlarında xəstəxanaya yerləşdirilənlərin sayında azalmalar var. Ölkədə qrafik artımını azaltdıq, sabitliyə nail olunduq" -deyə, ölkə başçısı qeyd edib.
Bundan əlavə o, mətbuatda haqqında koronavirusla mübarizəyə gec başladı iddialarına da açıqlama gətirib:
"11 yanvar tarixinə baxsanız, ABŞ-da ölüm və ya yoluxmanın olmadığını görərsiniz. Eyni ilə 17 yanvar tarixində də. Buna baxmayaraq, ilk yoluxmadan dərhal sonra, 31 yanvar tarixində Çinlə sərhədlərimizi bağladıq. Ko Bayden və Demokratlar məni irqçilikdə ittiham etdilər.  Nə etməliydim? Hələ heç bir şey olmadığı təqdirdə, tarixinin ən yaxşı günlərini yaşayan iqtisadiyyatımızı bağlamalıydım? Mənim atdığım hər addım doğrudur".

DİGƏR XƏBƏRLƏR

Top