Koronavirus testi neqativ çıxan şəxsin meyiti niyə ailəsinə qaytarılmır? – TƏBİB məsələni araşdırır - İDDİA + VİDEO


Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Əsədov Nadir İsa oğlunun 3 dəfə koronavirus testindən keçdiyi və cavabları neqativ çıxdığı halda Goranboyda yerləşən xüsusi tipli karantin xəstəxanasına yerləşdirildiyi iddia edilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Turaneli tv” kanalında məlumat verilib. Bildirilib ki, sözügedən şəxsə əvvəlcə pnevmaniya diaqnozu qoyulub və o, Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hətta buna görə onun ailəsindən 800 manat ödəniş də alınıb. Lakin iddialara görə, o xəstəxanaya yerləşdirildiyi günün gecəsi Goranboyda yerləşən xüsusi tipli karantin xəstəxanasına aparılıb. Xəstəninin özü həmin xəstəxanadan çəkdiyi görüntülərdə iddia edir ki, iki saatdır buraya gətirilməsinə baxmayaraq heç kim onun vəziyyəti ilə maraqlanmır və yerləşdirildiyi palatada antisanitar şərait hökm sürür.
Həmin kadrları təqdim edirik:

Daha sonra isə sosial şəbəkələrdə yaxınları Nadir Əsədovun dünyasını dəyişdiyini bildiriblər və iddia ediblər ki, meyit ailəsinə təhvil verilmir.

Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan Yeniavaz.com-a bildirildi ki, məsələ araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top