İspaniyada məşqlərə birinci “Real-Sosyedad” başlayacaq


İspaniya La Liqasında koronavirus pandemiyası üzündən yaranan fasilədən sonra məşqləri bərpa edəcək ilk komanda müəyyənləşib.

“Real-Sosyedad” aprelin 14-də əsas komandanın məşqlərinə start verəcək.

La Liqa təmsilçisi klubun bazasında hazırlıq keçəcək və məhdudiyyət qaydalarına riayət edəcək. Futbolçular 2-3 nəfərlik qruplarla çalışacaq, ayrı-ayrı soyunub-geyinmə otaqlarından yararlanacaq və məsafəni qoruyacaq. Həmçinin futbolçular, məşqçilər və bütün personal müayinə olunacaq.//APA

DİGƏR XƏBƏRLƏR

Top