Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb - YENİLƏNİB


Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Halar Nazirliyi (FHN) məlumat yayıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.



01.08
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub. 

Yeniavaz.com FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top