Hicran Hüseynova deputatları onlayn iclasa topladı

Martın 31-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, komitənin sədri Hicran Hüsenova iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib. Komitə sədrinin müavini Jalə Əliyeva, üzvləri - Sədaqət Vəliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə gündəlikdə olan iki məsələni birinci oxunuşda müzakirə ediblər.

Birinci məsələ - “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişikliklərdir. Bu layihə “Təhsil haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.

İkinci məsələ Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihələridir.

Müzakirələrdən sonra sənədlərin Milli Məclisdə müzakirəsi məqsədə uyğun hesab edilib.

DİGƏR XƏBƏRLƏR

Top