Koronavirus insan öldükdən sonra belə orqanizmdə fəaliyyətini davam etdirir? - EKSPERTDƏN AÇIQLAMA


Ötən gün çinli mütəxəssislər 29 koronavirusdan ölən şəxs üzərində ekspertiza aparıblar məlum olub ki, virus insan öldükdən sonra belə orqanizmdə öz fəaliyyətinə davam edir. Virus torpaq altında olan zaman hər hansı bir təhlükə yarada bilərmi? 
Sualımızı tibb üzrə ekspert Adil Qeybullaya ünvanladıq. O, Yeniavaz.com-a açıqlamasında bu kimi halın heç bir təhlükə yaratmadığını bildirdi: “Virusların qidalandığı yer və fəaliyyət məskəni canlı hüceyrədir. Onlar canlı hüceyrə daxilində hüceyrənin resurslarından istifadə edib orada yaşaya bilirlər. Əgər insan orqnizminə oksigen daxil olmursa onun hüceyrələri, ilk növbədə beyin, ürək və digər orqanlar sıradan çıxırlar. Təbii ki, sıradan çıxmış hüceyrə dağılmağa, daha sonra parçalanmağa başlayır. Hüceyrə nə qədər ki, orqanizmdədir öz fəaliyyətinə davam edir. Lakin sümük hüceyrəsi ən gec dağılandır. Amma digər orqanlar belə deyil, ona görə də viruslar uzun müddət orada qala bilməz. Lakin canlı orqanizm bir müddət torpaq altda qaldığına görə, hüceyrə daxilində viruslar öz fəaliyyətinə davam edir. Bu halın heç bir təhlükəsi yoxdur. Yer kürəsində yüz milyonlarla insan ölümünə səbəb olan ispan qripi, qara ölüm adlanan taundan ölən insanların cəsədlərində həmin viruslar qalardı və müxtəlif problemlər yaradardı. O baxımdan xüsusi narahatçılığa ehtiyyac yoxdur. 
Ümid edirik ki, “COVİD-19” ştampı 2-3 aya aradan qalxacaq.  Gələn il isə biz yeni mənzərənin şahidi olacağıq. Ola bilər virus bunun kimi aqressiv, ya da daha yüngül formada olsun. Bu viruslar hər il var. SPİD, HİV, CORONAVİRUS kimi bir çox viruslar pandemiya şəklini alıb. İnsanlar sadəcə virusdan qorunmağın yollarını bilməlidirlər, məsləhətlərə qulaq asmalı, rejimi gözləməlidirlər. Əgər belə olsa problem yaşanmaz”. 
Tibb üzrə ekspert Adil Qeybulla çinli alimlərin apardığı tədqiqatların lazımlı olduğunu vurğuladı: “Çində aparılan tədqiqatlar insanları qorxutmaq üçün deyil. Virusların canlı orqnizmdəki yaşam dövrünü müəyyən etmək və həmin dövrdə mutasiyaya neçə dəfə məruz qaldığını öyrənmək üçündür”. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top