Koronavirusa qarşı ilk peyvənd vurulan qadın danışdı: Mənə zəng gəldi ki… - VİDEO


Koronavirusa qarşı ilk peyvənd vurulan qadın açıqlama verib. 

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da koronavirusa qarşı hazırlanan ilk peyvənd vurulan Cenifer Halley adlı qadın bununla qürur duyduğunu bildirib: "Bütün dünyaya yayılan virusa qarşı ilk peyvəndin sınaqlarında iştirak etdiyim üçün çox həyəcanlıyam. Hamımız özümüzü çarəsiz hiss edirik. Koronavirusa mübarizəyə qatqım olduğu üçün sevinirəm. Mənə həftələr əvvəldən zəng elədilər ki, belə bir sınaqda iştirak etməsi üçün könüllü lazımdır. Mən dərhal qəbul etdim, bəzi tibbi prosedurları keçdikdən sonra ilk peyvənd vuruldu". Cenifer testlərin orqanizminə fərqli təsiri ehtimalından da qorxmadığını bildirib. Verilən məlumatlarda növbəti sınaqlar üçün daha 45 könüllü axtarıldığı və bir aydan sonra yeni testlərin başlayacağı bildirilib.
Qeyd edək ki, əgər koronavirusa peyvənd müsbət nəticə versə, 12-18 ay ərzində kütləvi satışlarına başlanılacaq.

DİGƏR XƏBƏRLƏR

Top