"Apple" köhnə model "İphone" istifadəçilərinə təzminat ödəyəcək - 850 MİLYON MANAT


"Apple" şirkəti, haqqında açılan məhkəmə iddiaları ilə razılaşaraq 500 milyon dollar (təxminən 850 milyon manat) təzminat ödəməyi qəbul edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən şirkət haqqında açılan, köhnə "İphone" modellərinin sürətinin qəsdən zəiflətməsi iddiasını qəbul edib. Şirkət məsələ ilə bağlı digər ittihamları qəbul etməsə də 500 milyon dollar məbləğində təzminat ödəyəcəyini açıqlayıb.
Bildirilib ki, "İphone 6", "6S" , "7", "SE" telefon modelləri istifadəçilərinə tələb etdikləri təqdirdə 25 dollar (42.5 AZN) məbəğində pul ödəniləcək.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top