Rusiyadan Türkiyə aviasiyasının təhlükəsizliyi ilə bağlı AÇIQLAMA


Əsəd rejiminə qarşı Türkiyənin yeni başlatdığı "Bahar Qalxanı Hərəkatı" əməliyyatı çərçivəsində rejim qüvvələrinə aid iki hərbi təyyarənin vurulmasından sonra Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Yeniavaz.com Türkiyə KİV istinadən xəbər verir ki, Rusiyanın Suriyadakı təmsilçilərindən biri Oleq Juravlyov bu şərtlər altında Rusiya ordusunun Türkiyə aviasiyasının Suriyada uçuşlarının təhlükəsizliyini təmin edə bilməyəcəyini qeyd edib.
Xatırladaq ki, bazar günü Əsəd rejiminə tabe olan ordunun komandanlığı ölkənin şimal-qərb bölgəsində hava məkanını bağladığını və bütün uçuş aparatlarını vuracağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top