Erkin Qədirli mandatından imtina edəcək? – Özündən AÇIQLAMA - VİDEO


Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən Fevral ayının 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsində təmsil olunan Erkin Qədirli millət vəkili seçilib.
Yeniavaz.com xəbər verir ki, seçkilərdən öncə, hər hansı bir qanunsuzluq baş verərsə millət vəkili seçilsə belə mandatından imtina edəcəyini bildirən E. Qədirli bu gün keçirdiyi mətbuat konfransında belə bir addım atmayacağını bildirib: “Parlamentə gedəcəyəm”.
Xatırladaq ki, E. Qədirli əvvəlcə parlament seçkilərində iştirak etməyəcəyini açıqlamış, daha sonra isə namizədliyini irəli sürərək, hər hansı pozuntu baş verərsə seçilsə belə mandatından imtina edəcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top