Daha bir dairənin deputatı müəyyənləşdi - FOTO


Milli Məclisə seçkilərlə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsindən qalib müəyyələşib.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Allahverdiyev seçkini udub.
O, 47.9 faiz səslə qalib gəlib.

Qeyd edək ki, bununla da parlamentə seçkilərlə əlaqədar altı seçki dairəsi üzrə nəticələr müəyyənləşməmiş qalır.
Həmin seçki dairələri aşağıdakılardır: 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 77 saylı Astara Seçki Dairəsi, 123 saylı Kəlbəcər Seçki Dairəsi, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi.

DİGƏR XƏBƏRLƏR

Top