
Göyərtəsində 172 sərnişinin olduğu təyyarə son anda raketlə vurulmaqdan xilas olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Fevralın 6-da İsrailin “F-16” qırıcıları Dəməşqin ətrafındakı yerlərə raket zərbələri endiriblər. Bu zaman Tehrandan hərəkət edən “Airbus-320” təyyarəsi Dəməşq şəhərinə eniş etməyə hazırlaşıb. Raket zərbələrindən son anda xilas olan təyyarə Rusiya dövlətinə məxsus Xmeymim aviabazasına eniş etməyə məcbur olub.
Qeyd edək ki, yanvarın 8-də İran ordusu Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsini Tehranın İmam Xomeyni hava limanı yaxınlığında 2 raket zərbəsi ilə vurmuşdu. Nəticədə 176 nəfər həlak olmuşdu.
Quliyeva Firəngiz