
"Şahdağ" və "Tufandağ" istirahət mərkəzləri MDB ölkələrində yerləşən analoji istirahət mərkəzləri arasında ən yaxşı dağ-xizək kurortu kimi ilk 3-lükdə yer alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın "Turstat" agentliyi məlumat verib.
Agentlik belə hesab edir ki, ən yaxşı dağ-xizək kurortu Qazaxıstanda yerləşir. Bu ölkənin "Şımbulak", "Altay Alpı" və "Nurtau" dağ-xizək kurortları MDB ölkələrindəki analoji kurortlar arasında ilk sırada yer alıb.
İkinci sırada Belarusun "Loqoysk", "Siliçi" və "Yakutski" kurortları, 3-cü sırada isə Azərbaycanın "Şahdağ" və "Tufandağ" dağ-xizək kurortları qərarlaşıb.
Növbəti yerlərdə Ermənistanın "Çaxkadzor" və "Cermuk", Qırğızıstanın "Karakol", Özbəkistanın "Çimqan", "Beldersay" və "Amirsoy" dağ-xizək kurortları yer alıb.