
Xəbərə fotolar əlavə olunub:



*** 12:55
Bu gün İranda ağır qəza baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA Tehran bürosuna istinadla məlumat yayıb. Bildirilir ki, səhər saat 05:50 radələrində İsfahan-Təbrizə marşrutu ilə hərəkət edən sərnişin avtobusu Zəncan -Təbriz magistral yolunda aşıb.
Hadisə nəticəsində 10 nəfər həyatını itirib, 11 nəfər xəsarət alıb.
Avtobusun aşmasına səbəb sürücünün sürət həddini gözləməməsi və ötmə əməliyyatını düzgün həyata keçirməməsi olduğu bildirilir.