"BNA haqqında material verən kimi mənə məxsus maşına cərimə yazılır" - İTTİHAM


"Baku.ws" saytının rəhbəri Orxan Məmmədov Bakı Nəqliyyat Agentliyi hsqqında sosial şəbəkədə yeni bir iddia səsləndirib.

Yeniavaz.com xəbər verir ki, O. Məmmədov qeyd edib ki, BNA haqqında hansısa irad bildirdikdən sonra avtomobili cərimələnir.

"Yadınıza gəlirsə bir neçə gün öncə yazmışdım ki, biz BNA haqqında material verən kimi mənə məxsus maşına cərimə yazılır. 

Deməli, bizim evin yanında – Nəsimi rayonu, 28 May küçəsində "parking" nişanı olan ərazidə maşın saxladığıma görə 20.12.2019 tarixində daha bir cərimə tətbiq olunub. 

Bunu da bu gün evimə etdiyim bazarlığı qaldırmaq üçün məlum yerdə saxladığıma görə toplanmış 180 manat parking cəriməsini ödəyəndə gördüm. 

Bunun artıq başqa adı yoxdu. BNA şəxsi-qərəzlik edir. 

Hər dəfə "Facebook" statuslarıma, "WhatsApp"da cavab verən Mais Ağayev, əgər bu məsələ bitməsə, Teslanın saatda 180 ilə necə gedə bilər videosunu paylaşacağam".

Sözügedən "Tesla" avtomobilinin BNA-nın rəhbəri Vüsal Kərimova aid olduğu bildirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top