Hərbi təyyarə qəzaya uğradı


Rusiyanın Xabarovsk ərazisində “Su-57” tipli qırıcı təyyarə yerə çırpılıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən verdiyi xəbər verir ki, hadisə təlim uçuşu zamanı baş verib. İlkin məlumatlara görə, pilot katapult edib və heç bir xəsarət almadan xilas olub. O, “Mi-8” helikopteri ilə hadisə yerindən uzaqlaşdırılıb.
“Su-57” tipli qırıcı təyyarənin axtarışları və hadisənin baş vermə səbəbləri araşdırılır.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top