Tramp Zelenski ilə telefon danışığından sonra bu addımı atdı


Ağ Ev rəsmisi Mayk Daffi ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı məlum telefon danışığından dərhal sonra Kiyevə ABŞ hərbi yardımının verilməsini dayandırmağı əmr edib.
Yeniavaz.com “TASS” agentliyinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından dərhal sonra M.Daffi Pentaqona məktub ünvanlayıb. Məktubda ABŞ Müdafiə Nazirliyindən Administrasiyanın bölgü qərarını nəzərdən keçirmək planına uyğun olaraq yardımı dayandırmasını istəyib. Eyni zamanda, məktubda sorğunun həssaslığını nəzərə alaraq məlumatın məxfi saxlanılmasını istəyib.
Qeyd edək ki, adı açıqlanmayan Amerika kəşfiyyatçısının məlum söhbətin məzmunu ilə bağlı şikayətindən sonra Demokratlar sentyabrın 24-də D.Trampa qarşı impiçment prosesinə başlamışdılar. İddialara görə, D.Trampın V.Zelenskini ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və oğlu Hanterə qarşı istintaqa başlamağa və ABŞ-ın 2016-cı il seçkilərinə Ukraynadan müdaxilə edilib. Bundan başqa, D.Tramp V.Zelenskini ABŞ-ın Ukraynaya verdiyi maliyyə və hərbi yardımı donduracağı ilə hədələyərək ona təzyiq göstərib.
Dekabrın 19-da ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib. Amerika qanunlarına görə, Senatda dinləmələr və impiçment məsələsinə dair səsvermə keçirilməlidir.
Xatırladaq ki, ABŞ-da yeni prezident seçkiləri 2020-ci ilin noyabr ayında keçiriləcək.
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top