Şüşə qırığı ilə polisi ağır yaralayan şəxs belə güllələndi - ANBAAN VİDEO


ABŞ-da polisə hücum edən cinayətkarın öldürüldüyü anın görüntüləri yayılıb.
Yeniavaz.com nypost.com-a istinadla xəbər verir ki, bir qadın polisin qaynar xəttinə zəng edərək binaların blokunda təhlükəli bir şəxsin olduğunu xəbər verib.
Polis təcili hadisə yerinə gedib və həmin adamın binada nə etdiyini soruşmaq istəyib.
Ancaq o, əlindəki şüşə ilə polisə hücum edərək başına zərbələr endirməyə başlayıb.
Şüşə qırıqları səbəbilə qan içində qalan polis yerə yıxılıb.
Cinayətkar daha sonra digər polisin də üzərinə yeriyib.
Polis ona tərəf gələn şəxsi dəfələrlə güllələyərək zərərsizləşdirə bilib. 

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top