Yevda Abramovla vida mərasimi keçirilir - FOTOLAR + YENİLƏNİB

Dekabrın 6-da 71 yaşında dünyasını dəyişən Milli Məclisin deputatı Yevda Abramovla Quba Rayon Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.





***   11:34

Milli Məclisin vəfat etmiş deputatı, İnsan hüquqları komitəsinin sabiq sədr müavini Yevda Abramovla vida mərasimi Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçiriləcək.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, vida mərasimində iştirak etmək üçün paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimləri Qubaya gəlib.

Vida mərasimi bu gün saat 12:00-da B.Səfəroğlu adına Quba mədəniyyət evində keçiriləcək.

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top