Avropa İttifaqının ən çox “piylənmiş” ölkəsi

Avropa İttifaqına (Aİ) üzv ölkələrində yetkin əhalinin yarısından çoxu artıq çəkidən əziyyət çəkir. “Yeniavaz.az”ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bundan başqa Aİ-də hər altı yetkin insandan biri piylənmədən əziyyət çəkir. Bu barədə Avropa Statistika Komitəsinin hesabatında deyilir.

Hesabata əsasən, 2014-cü ildə Aİ-dəki yetkin insanların təqribən 46 faizi normal çəkili, 51,6 faizi isə artıq çəkili olub. Piylənmədən əziyyət çəkənlərin faizi isə 15,9 faiz təşkil edib.

Ən az piylənmə halı Rumıniyada qeydə alınıb. Rumıniyada əhalinin 9,4 faizi, İtaliyada 10,7 faizi, Hollandiyada isə 13,3 faizi piylənmədən əziyyət çəkir.

Piylənmənin geniş yayıldığı ölkə Maltadır. Burada əhalinin 26 faizi piylənmədən əziyyət çəkir.

DİGƏR XƏBƏRLƏR

Top