Joze Mourinyo "Tottenhem"də qələbə ilə debüt edib


Joze Mourinyo İngiltərə "Tottenhem"inin baş məşqçisi kimi debüt matçından qalib ayrılıb.

Premyer Liqanın XIII turuna təsadüf edən açılış oyununda "Vest Hem" səfərdə məğlub edilib - 3:2.

"London Stadium"da 60 minədək azarkeşin izlədiyi qarşılaşmada hesabı 36-cı dəqiqədə Son Hın Min açıb. 43-cü dəqiqədə Lukas Moura fərqi artırıb. 49-cu dəqiqədə Harri Keyn "Tottenhüm"in 3-cü qolunu vurub. Meydan sahibləri Maykl Antonionun 73-cü və Ancelo Oqbonnanın 90+7-ci dəqiqədə vurduğu qollarla fərqi minimuma endiriblər.//Report

DİGƏR XƏBƏRLƏR

Top