Öldüyü 8 ay sonra ortaya çıxdı


Belçikada 81 yaşlı kişinin ölümü 8 ay sonra ortaya çıxıb. “Yeniavaz.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gent şəhərində yaşayan Urbayn De Vriz adlı kişinin cəsədi qəribə şəkildə ortaya çıxıb. Belə ki, qonşusu onun evinə gələrək, yeni çəkəcəyi istilik sistemi üçün icazə almaq istəyib. De Vrizin evindən keçməli olan boru xəttinə görə ondan icazə almağa gələn qonşu neçə gün qapını döyüb, kişi, qapını açmadıqda isə bundan narahat olaraq polisə xəbər verib. Mənzilə gələn polislər qapını heç kimin açmadığını görüb, qapını qırıb. Polislər, evdə ağır qoxu və yaşlı adamın çürüyən cəsədiylə qarşılaşıb. Cəsədin çürümə nisbəti və evdəki yeməklərin son istifadə tarixinə əsaslanaraq, kişinin 8 ay əvvəl öldüyü məlum olub. Ölən kişinin iki oğlunun olduğu bildirilir.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top