
Prezident İlham Əliyev Rafil İsrafil oğlu Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com-un xəbərinə görə, Prezidentin digər sərəncamı ilə R. Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin digər sərəncamı ilə Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.