
"Ən ağır anlarımda belə üzülmədim, etməyəcəm də. Hər şey əladır"
Yeniavaz.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Zaurla Günaydın" proqramında deyib.
Xərçəng xəstəliyindən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa vəziyyətindən söz açıb: "Hər şey yaxşı olacaq. Xəstə insanlar çoxdur. Onkologiyaya girəndə yaylığımı çıxarıram. Orada insanlar var ki, parik qoyurlar. Deyirlər, biz utanırıq, siz necə belə gəzirsiz? Mən utanmıram, nə edim?".