Prezidentin Şirvana təyin etdiyi yeni İcra başçısı kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İlqar Namaz oğlu Abbasovun Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, İlqar Namaz oğlu Abbasovun rəsmi tərcümeyi-halında doğum tarixi və yeri barədə məlumat qeyd olunmayıb. Lakin, mətbuatda yer alan məlumatlara görə İlqar Abbasov əslən Sisian rayonundandır (Qərbi Azərbaycan). Azərbaycan Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan əvvəl İlqar Abbasov Nərimanov RİH-in başçısı vəzifəsində çalışıb. İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə "Sənaye və mülki tikinti" ixtisası üzrə, Bakı Sosial İdarə etmə və Politologiya institutunu isə 1993-cü ildə "politoloq" ixtisası üzrə bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 

DİGƏR XƏBƏRLƏR

Top