Fransada tələbə maddi çətinlik çəkdiyini deyərək özünü yandırdı


Fransanın Lion şəhərində yerləşən universitetlərin birinin restoranında həmin universitetin tələbəsi özünü yandırıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, tələbə maddi çətinlik çəkdiyinə görə bu hadisəni törədib.
Özünü yandırmazdan əvvəl “Facebook” hesabında paylaşım edən gənc, yazdığı statusda bu hadisənin günahkarlarının Fransanın indiki prezidenti Emmanuel Makron və ondan əvvəl olan iki prezident, qatı sağyönümlü milli siyasi partiya olan "Milli Cəbhə"nin rəhbəri Marin Le Pen və Avropa Birliyinin olduğunu vurğulayaraq deyib: “İki universitetdə oxuyuram, ayda 450 avro (845 AZN) ilə keçinməyə çalışmağın çətinliklərindən yaranan maddi problemləri həll edə bilmirəm. Hazırda media bizim üçün qorxu dolu bir dünya yaradır. Bizi bölməkdən başqa bir iş görməyən faşizmə və bərabərsizlik yaradan liberalizmə qarşımübarizə aparaq”.
Qeyd edək ki, yanğınsöndürənlər tələbənin bədəninin 90%-nin yandığını bildiriblər.

Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top