Ərdoğan sabah Azərbaycana gələcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Bakıya səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.
R.T.Ərdoğan Azərbaycanın paytaxtında keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak edəcək.
Sammit çərçivəsində Ərdoğanın ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. O, oktyabrın 15-də Türkiyəyə dönəcək.

DİGƏR XƏBƏRLƏR

Top