
Qubadan Goranboya gətirilən gül qeyri-adiliyi ilə diqqət çəkir.
Yeniavaz.com xəbər verir ki, qönçəsi gül açan qızıl gülün içindən yeni gül çıxıb. Maraqlı təbiət hadisəsi Goranboyun Qızılhacılı qəsəbəsində Sehran Qurbanovun həyətində baş verib. Kənd sakini 3 il əvvəl Qubadan gətirdiyi gül ötən il çəhrayı, bu il isə qırmızı gül açsa da həmin hissədən yeni zoğ qalxıb. Qəsəbə sakini həyətində baş verən hadisə haqqında qonşuları, qohumları məlumatlandırıb. Bəziləri ilk dəfə belə halla rastlaşdığını, bəziləri isə fotomontaj olduğunu deyir. Həyətdə gülü görənlər fikirlərini dəyişib.

Esmira Hidayətova, Gornaboy