İsveçli elm adamları günəş enerjisini 18 il saxlayabilən maye kəşf ediblər


İsveçin "Chamlers" Texnologiya Universitetinin elm adamları "günəş istilik yanacağı" adını verdikləri və günəş enerjisini 18 il saxlayabilən maye kəşf ediblər.
Yeniavaz.com xəbər verir ki, bu üsulun təmiz və bərpaolunan enerji baxımından yeni bir başlanğıc olacağı gözlənilir. Həmçinin bu kəşflə birgə enerji sahəsində payı 20 faiz olan günəş enerjisinin 30 faizə qalxacağı ehtimal edilir. Sözügedən mayenin hər kiloqramda 250 vatt enerji saxladığı bildirilib. Bu sıxlıq məşhur "Tesla" şirkətinin istehsal etdiyi enerji toplarındakından 2 dəfə artıqdır.
Xatırladaq ki, günəş enerjisinin ən neqativ tərəflərindən biri saxlanma şəraitinin çox zəif olmasıdır.
Yeni kəşf edilən sistem karbon, hidrogen və nitrogendən ibarət "norborandien" molekuludur. Günəş işığı bu molekula toxunduğu zaman, mayenin atom quruluşu dəyişir və izomerə çevrilir (izomer - eyni kimyəvi birləşmələrdən ibarət, atom quruluşu fərqli olan molekullar). Bu da mövcud enerjini istilik enerjisinə çevirərək saxlayır.
Elm adamları qısa zaman ərzində saxlanılan enerji miqdarının daha da artırılacağını düşünürlər. Gələcək 10 il ərzində isə bu texnologiyadan ticari məqsədlərdlə istifadə olunması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top