
7 avqust 2019-cu il tarixində hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu ev 2a, m 41 olaraq göstərilən 2 şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com xəbər verir ki, qeydə alınan şirkətlərdən birinin - "İRİS İNTERNATİONAL" MMC-nin qanuni təmsilçisi Hindistan vətəndaşı olan Radha Vidyadharan Padmakumar olub.
Çox maraqlıdır ki, açıqlanan rəsmi məlumatda həmin ünvanda qeydə alınan 2-ci şirkətin - "BUKHARİ ENTERPRİSES" MMC-nin qanuni təmsilçisinin kim olduğu barədə heç bir məlumat verilməyib.
