Bakıda baş verən dəhşətli qəza anı kameraya düşdü - VİDEO

Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb. 
Yeniavaz.com avtosfer.az-a istinadla xəbər verir ki, işıqforun qadağanedici işığında keçən avtomobilin sürücüsü yolayrıcında digər maşınla toqquşur.
Zərbənin gücündən idarəetməni itirən avtomobil işıqfor dirəyinə çırpılaraq onu aşırır. Ardınca isə özü çevrilir.
Qəzaya səbəb yenə son anda "keçərəm" düşünərək hərəkət edən sürücünün tələsməsidir.
Artıq eyni yerdə son bir ayda ikinci analoji qəza qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top