
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən sonuncu hərracda ayrı-ayrı dövlət qurumlarına məxsus olan 10 ədəd nəqliyyat vasitəsi satılıb.
Yeniavaz.com Komitədən açıqlanan məlumata istinadən bildirir ki, satışa çıxarılan avtomobillərdən 6-sı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə məxsus olub. Bu avtomobillərin arasında ən ucuz qiymətə - hər biri 1000 manata olmaqla 1991 və 1992-ci il istehsalı olan 2 ədəd "ZİL-431410" markalı avtomobillər satılıb. Ən bahalısı isə 2700 manata satılan 2006-cı il istehsalı olan "QAZ-315122" markalı avtomobil olub.
Pentensiar Xidmətin satışa çıxardığı avtomobillər arasında 2002-ci il istehsalı olan "VAZ-2106" markalı avtomobil də var və bu avtomobil 1100 manatdan satışa çıxarılıb.
Bunlardan başqa Ədliyyə Nazirliyə məxsus 2007-ci il istehsalı olan "Renault Symbol" markalı avtomobil də satışa çıxarılaraq 4050 manata satılıb.
Hərracda Dövlət İmtahan Mərkəzinə məxsus 2 ədəd avtomobil də satılıb.çıxarır. Bunlar 1997-ci il istehsalı olan "Mitsubishi L-300" və 2000-ci il istehsalı olan "Nissan Maxima" markalı avtomibillərdir. 1997-ci il istehsalı olan avtomobil 1560, 2000-ci il istehsalı olan avtomobil isə 3000 manata satılıb.
2006-cı il istehsalı olan bir ədəd "Hyundai H-100" avtomobili isə Dövlət Gömrük Komitəsi tərəfindən hərraca çıxarılıb və 4050 manata satılıb.
Məlumat üçün qeyd edək ki, dövlət qurumlarına məxsus olan bu avtomobillərin satış qiymətilə bazar qiymətləri arasında 2-3 dəfə fərq var. Dövlət qurumları onlara məxsus avtomobilləri əksər hallarda bazar qiymətlərindən daha ucuz qiymətə satırlar. Müqayisə üçün bildirək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən hərracda 3000 manata satılan 2000-ci il istehsalı olan "Nissan Maxima" markalı avtomobili bazarda 7500 mantdan ucuz almaq mümkün deyil. Yaxud, Dövlət Gömrük Komitəsi tərəfindən hərraca çıxarılan və 4050 manata satılan 2006-cı il istehsalı olan "Hyundai H-100" markalı avtomobil bazarda 8500 manatdan baha satılır.