Ruhanidən şok açıqlama: "Səudiyyə Ərəbistanındakı partlayış sadəcə xəbərdarlıq idi"


İran prezidenti Həsən Ruhani "Saudi Aramco" şirkətinin neft zavodlarının partladılması ilə bağlı təhdid edici açıqlama verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, keçən həftə Səudiyyə Ərəbistanına məxsus neft zavodlarının pilotsuz təyyarə ilə partladılması ilə bağlı Ruhaninin açıqlaması gündəm olub. O, bölgədə savaşın kim tərəfindən başladıldığını hər kəsin görməsinin vacib olduğunu qeyd edib: " Xəstəxana, məktəb, ya da bazar yerlərini vurmadılar ki, narahat oldunuz. Sizi xəbərdar etmək və sizə dərs vermək üçün sənaye mərkəzlərini hədəf aldılar. Bölgədəki düşmənlər bu xəbərdarlıqdan dərs almalıdırlar. Xalqın hüzur içində yaşaması üçün savaş sona çatdırılmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top