Kanadanın baş naziri Castin Trudeunun təyyarəsinə juranlistləri aparan avtobus dəyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, qəza baş verəndə baş nazir Trudeu təyyarədə olmayıb. Hadisədən sonra həm təyyarənin qanadına həm də jurnalistləri aparan avtobusun üst hissəsinə zərər dəyib. Seçki kampaniyası üçün hazırlaşan Trudeu səfərlərin davam edəcəyini bildirilib. Mütəxəssislər təyyarəyə dəyən zərərin nə qədər olduğunu açıqlayacaqlarını bildiriblər.