Rusiyada bazar yanıb - VİDEO


Rusiyanın Gelencik şəhərində bazar yanaraq külə dönüb.
Yeniavaz.com vesti.ru-ya istinadla xəbər verir ki, Krasnodar vilayətinin Gelencik şəhərində bazar yanıb. Səhər saatlarında başlayan yanğın bütün bazara yayılıb. İlk məlumatlara görə, yanğın paltar satılan mağazadan başlayaraq digərlərinə yayılıb. Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürən maşınlar cəlb edilib. Yanan ərazinin 300 kvadrat metr olduğu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top