Bayram günləri məzuniyyət günlərinə düşərsə bu günlər məzuniyyətə əlavə edilirmi?


Ödənişli əsas məzuniyyətdən istifadə etmək işçinin əsas hüquqlarından biridir. İşçilərin məzuniyyət hüququnun təmin edilməsi Əmək Məcəlləsinin əsas tələblərindən biridir. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Bəs görəsən, bayram günləri məzuniyyət günlərinə düşərsə bu günlər məzuniyyətə əlavə edilirmi?
Yeniavaz.com Əmək Məcəlləsinə istinadən bildirir ki, Əmək Məcəlləsi ilə işçilərin məzuniyyət hüququnun 4 növü nəzərdə tutulub: Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti və ödənişsiz məzuniyyət.
Əmək Məcəlləsinə görə işçilərə ödənişlı əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir. Qeyd edək ki, 21 gün ödənişlı əsas məzuniyyətdə minimal həddir. İşçinin işlədiyi sahədən, tutduğu vəzifədən, ailə tərkibindən, yaşından, sağlamlıq vəziyyətindən asılı olaraq ödənişlı əsas məzuniyyət günləri də artır.
Əmək Məcəlləsinə görə işçilərin əlavə məzuniyyətə çıxması isə onların staj müddətinə görə hesablanır. 5-10 il arasında staj olduqda 2 təqvim günü, 10-15 il arasında staj olduqda 4 təqvim günü, 15 ildən çox olduqda isə 6 təqvim günü əlavə məzuniyyət verilə bilər. Əmək məcəlləsi ilə işçilərə ödənişsiz məzuniyyətin verilməsi işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir. İşçilərə müddəti 6 aydan çox olmamaq şərti ilə ödənişsiz məzuniyyət verilir. Eyni zamanda işçilərin arzusu və işəgötürənin razılığı ilə ödənişsiz məzuniyyət hissələrə bölünərək də verilə bilər. Əmək Məcəlləsinə görə, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Bəzi hallarda isə məzuniyyət müddətinə bir neçə bayram günü düşə bilər. Bu halda qanunla bu bayram günləri məzuniyyət günlərinə əlavə edilmir.

DİGƏR XƏBƏRLƏR

Top