İsrail hərbi bazaya reket zərbəsi endirib


Bu gün yerli vaxtla 16:20-də İsrail Müdafiə Qüvvələri Livanla sərhəddə yerləşən hərbi bazaya bir neçə tank əleyhinə raket atıb.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilir ki, atılan raketlər "bəzi hədəflərə" zərbə endirə bilib. İsrail ordusu Livanın cənubundakı sərhəd hədəflərinə atəş açıb.
Bundan əvvəl İsrail ordusu ölkənin şimalındakı sərhəd bölgələrində Livan ərazisindən tank əleyhinə raketin atıldığını bildirmişdi. İsrail ordusu, həmçinin Livanla sərhəd bölgələrdə yaşayan sakinləri evlərini tərk etməməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top