50 dollar oğurladığına görə 36 il həbsdə qaldı


ABŞ-ın Alabama ştatında çörək mağazasından 50 dollar oğurlayan Alvin Kennard 36 il sonra azadlığa buraxılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, onun bu qədər müddət həbsdə qalmasına isə "Three Strikes Law" (Üç aksiya qanunu) adlı qanun layihəsi səbəb olub. Belə ki, bu qanun daha əvvəl iki dəfə cinayət işləmiş şəxsə üçüncü cinayətində ağır cəza verilməsini tələb edir.
Alvin Kennard da 1982-ci ildə həb olunarkən 1979-cu ildə törətdiyi iki oğurluq hadisəsi nəzərə alınmış və ömürlük həbsə məhkum edilmişdi.
Hazırda 58 yaşında olan A. Kennard məhkəmə qərarı ilə azad edilib. Hakim Kennardın həbsdə olduğu müddəti və davranışlarını nəzərə alaraq ona bəraət verib.

DİGƏR XƏBƏRLƏR

Top