Deputat: "Müxalifətlə düşmən deyiləm"


"Bir ağsaqqal kimi hamıdan hörmət görmüşəm. Lakin hər zaman demişəm, bu gün də deyirəm, siyasi nöqteyi-nəzərdən bitərəfəm, amma YAP-ın dostuyam".
Yeniavaz.com
 xəbər verir ki, bunu APA-ya müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin deputatı Madər Musayev deyib.
Deputat qeyd edib ki, dövlətini sevən, görülən bu qədər müsbət işləri qiymətləndirən, təqdir edən konstruktiv müxalifətlə də düşmən deyil: "Müxalifətin olması qorxulu deyil, yaxşı olmayanı odur ki, bilərəkdən düşmən dəyirmanına su tökəsən, davamlı olaraq hər şeyi qara görəsən, yaxşıya da pis deyəsən. Təəssüf ki, bu gün aramızda bu cür qara-qara düşünən insanlar da var".

DİGƏR XƏBƏRLƏR

Top