Prezident meşə yanğınlarının söndürülməsində iştirak edib - FOTO


Boliviya Prezidenti Evo Morales meşə yanğınlarının çox olduğu əraziyə gedərək şəxsən yanğınların söndürülməsində iştirak edib.

Yeniavaz.com xəbər verir ki,  bu barədə “Agencia Boliviana de Información” məlumat verib.
Agentliyin məlumatına görə, dövlət başçısı nazirlərlə birlikdə Santa Kruz depatamentinin Çititaniya bölgəsinə yollanıb.  
"Biz helikopterdən endik və gördüyünüz kimi dörd kiçik yanğını söndürdük. Ancaq düşünürəm ki, istilər səbəbindən onlar yenidən alovlana bilərlər", - deyə prezident jurnalistlərə bildirib.
Qeyd edək ki, geniş miqyaslı meşə yanğınları Braziliya və Paraqvayda da baş verib. Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutunun məlumatına görə, yanvar-avqust aylarında yanğınlar Amazon meşələrinin 1,8 milyon hektardan çox ərazisini məhv edib.

DİGƏR XƏBƏRLƏR

Top