
İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, zəhərlənmə ilə bağlı ümumilikdə 33 nəfər xəstəxanaya müraciət edib.
"Səhər saat 9.30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərər bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər", nazirlikdən bildirilib.
***09:02
İsmayıllı rayonunun Qəzli kəndində toy mərasimində kütləvi zəhərlənmə olub.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qəzli kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində baş verib.
Toyada qonaqlardan 25 nəfərin halı pisləşib, onlarda tez-tez qusma-işləmə əlamətləri olub. Toy sahibi dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Toyda zəhərlənən şəxsləri təcili xəstəxanaya gətiriblər.
Onlardan 5-i uşaq, 20 nəfəri orta yaşlı insanlardı. Zəhərlənən şəxslərdən 4 nəfərin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə, qalanları isə terapiya və uşaq şöbəsinə yerləşdiriliblər. Qonaqların meyvə şirəsindən zəhərləndiyi ehtimal olunur.
Yardım göstərildikdən sonra 10-a yaxın xəsdə ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.