DYP Mingəçevirdə reyd keçirib - FOTO/VİDEO


Mingəçevirdə təmiz hava aylığı çərçivəsində Dövlət Yol Polisinin şəhər bölməsi tərəfindən Təbriz küçəsin və Gəncə şossesində reyd keçirilib.
Yeniavaz.com xəbər verir ki, reyd zamanı mühərrikindən havaya normadan artıq zərərli tullantılar buraxan avtomobillər müəyyən olunaraq sürücülərdən bəzilərinə inzibati protokollar tərtib olunub, bəzilərinı isə son xəbərdarlıq edilib.
Reydin gedişində həmçinin  avtomobillərində qadağan olunmuş konstruksiya dəyişikliklərindən istifadə edən, ötmə qaydalarına məhəl qoymayan, sürücülük vəsiqəsi olmadan maşın idarə edən sürücülüər aşkarlanıb.
Qayda pozucuları  müxtəlif bəhanələrlə hüquqi tədbirlərdən yayınmağa çalışıb.
Bəzən mühərrriklərini yeni təmir etdiklərini, səhlənkarlıqla yanaşdıqlarını, imkansızlıq səbəbindən onlara güzəşt edilməsini, yaxud ilk dəfə Mingəçevirə qonaq gəldikləri üçün bağışlanmalarını xahiş ediblər.
Sürücülərdən reydi müşahidə edən  media nümayəndələrinə çəkiliş apardıqları üçün etiraz edənlər də olub.
DYP şəhər bölməsinin rəisi Cəmşid Abbasov  bugünki reyd də daxil olmaqla ümümən ay ərzində sürücülərə qarşı əvvəlki dönəmlərlə müaqyisədə daha  humanist münasibət göstərdiklərini bildirərək deyib: “Ay ərzində 100 qədər avtomobil saxlanılıb və onlardan yalnız  50-yə qədər qayda pozucusu olan sürücülərə qarşı tərəfimizdən inzibati protokollar tərtib olunub. Əksər sürücülərin sırf humanist vətəndaş duyğuları baxımından  müraciətlərini anlayışla qarşılayaraq   yalnız xəbərdarlıqla keçinmişik”.
Qeyd edək ki, reyd zamanı həmçinin yükdaşıma qaydalarına əməl etməyən  avtomobillər saxlanılıb, bəzi minik maşınları isə sürücülük vəsiqəsi olmadan idarə olunduğu üçün cərimə meydançasına göndərilib.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top