Orta məktəblərdə illik təhsil haqqı: Hansı ölkədə nə qədərdi? - SİYAHI


Azərbaycanda fəaliyyət göstərən özəl orta məktəblərin ibtidai sinifləri üçün orta illik təhsil haqqı 6 120 dollara bərabərdir.
Yeniavaz.com dünyanın ən nəhəng məlumat bazalarından biri hesab olunan "numbeo"ya istinadən bildirir ki, bu, qonşu ölkələr arasında ən yüksək göstərici hesab olunur.
Açıqlanan məlumatlara görə, qonşu ölkələr arasında ən aşağı təhsil haqqı İranda qeydə  alınıb. Bu ölkədə ibtidai siniflər üçün alınan orta illik təhsil haqqı 1 490 dollar təşkil edir. Sonrakı yerlərdə 1 900 dollarla Gürcüstan, 3 300 dollarla Ermənistan, 5 400 dollarla Rusiya, 5 760 dollarla Türkiyə qəralaşıb.
Digər region ölkələrilə müqayisədə dəAzərbaycanda ibtidai siniflər üçün nəzərdə tutulan təhsil haqqı yüksəkdir. Müqayisə üçün qeyd edək ki, Belarusda (5 950 dollar), Ukraynada (4 350 dollar), Özbəkistanda (4230 dollar) və  Moldovada (2 950 dollar) təhsil haqqı Azərbaycandan aşağıdır.
Region ölkələrindən yalnız Qazaxıstanda təhsil haqqı Azərbaycandan yüksəkdir. Bu ölkədə ibtidai siniflər üçün alınan orta illik təhsil haqqı 6 750 dollara bərabərdir.
Ümumiyyətlə dünyada ibtidai siniflər üçün ən yüksək orta illik təhsil haqqı İsveçrədə alınır. İsveçrədə orta illik təhsil haqqı 26 400 dollar təşkil edir.  Bu göstərici Sinqapurda 19 400 dollar, Yaponiyada 17 780 dollar, Cənubi Koreyada 16 630 dollar, Fransada isə 17 200 dollar olub.
Ən aşağı təhsil haqqı isə Şri Lankada 870 dollar, Suriyada 900 dollar, Pakistanda 975 dollar, Nepalada 1575 dollar, Hindistanda isə 1720 dollar təşkil edir.
Onu da qeyd edək ki, Norveç (5830 dollar) və İsveç (2100 dollar) kimi adambaşına düşən milli gəlirlərin yüksək olduğu ölkələrdə təhsil haqqı Azərbaycanla müqayisədə aşağıdır.

DİGƏR XƏBƏRLƏR

Top